Pensiya yaşına çatmadan rəhmətə gedən vətəndaşların kapitalı ilə bağlı sual veririldi. Pensiya sistemimizin üçdə bir hissəsi ailə başçısını itirməyə görə pensiyadır.
İşçi vəfat etdikdə ödənilməli olan - ÖDƏNİŞLƏR…
FED.az xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə keçirilən “Heydər Əliyev -100: Müasir Azərbaycan - sosial rifah və sosial ədalət dövləti” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, məhz o da vəfat etmiş şəxslərin kapitalının, onların əmək qabiliyyətsiz ailə üzvlərinə yönəldilməsi ilə bağlıdır.
“Bu gün 200 minə yaxın Azərbaycan vətəndaşı məhz ailə başçısını itirməyə görə pensiya alır. Yəni o kapitalı heç bir yerə itmir. O kapital əmək qabiliyyətli şəxslərin pensiyasının ödənilməsinə gedir”, - deyə nazir əlavə edib. (Trend)