FED.az xəbər verir ki, "Paşa Holdinq" Satınalma üzrə menecer vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
Eləcə də bax: "Atəşgah Sığorta" işçi axtarır - VAKANSİYA
Satınalmalar üzrə menecer vəzifəsinə tələblər:
• Xərclərə qənaət etmək imkanlarını müəyyənləşdirmək, seçmək və tətbiq etməklə xərclərə nəzarət etmək və satınalma xərclərinə uzunmüddətli qənaət etmək mədəniyyətini yaratmaq;
• Əməliyyatları təkmilləşdirmək və Şirkət üçün daha səmərəli proseslərə nail olmaq məqsədilə satınalma, təchizat, logistika və paylama qayda və təlimatlarının yenidən tərtibatı, həyata keçirilməsi və idarə edilməsi prosesinə töhfə vermək;
• Ətraflı seçim prosesinə uyğun olaraq Şirkət üçün tədarükçülərin və təchizatçıların araşdırılması və təsdiq edilməsi;
• Qarşılıqlı faydalı əməkdaşlıq və daha əlverişli tədarükçülər ilə biznes münasibətlərinin yaradılması, inkişafı və idarə edilməsi;
• Mümkün ola biləcək ən yaxşı qiymət və şərtlərin əldə edilməsi üçün təchizatçılar ilə danışıqların aparılması;
• Avtomatlaşdırma (ERP və digər) prosesinə dəstək göstərilməsi;
• Kateqoriyalaşdırma, kateqoriyalı idarəetmə və / və ya strateji mənbələr üzrə bilik və təcrübə.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
• Satınalma sahəsində ən azı 5 il rəhbərlik təcrübəyə malik olmalı;
• Satınalma, tədarükçülərin araşdırılması eyni zamanda təchizatçı proqramının qurulması sahəsində təcrübə;
• Nəticələrə və ölçülərə yönümlü olmalı;
• Güclü analitik və təşkilatçılıq bacarıqları;
• Yaxşı liderlik bacarığı, maliyyənin əsasları üzrə bilik və strateji düşünmə qabiliyyəti;
• Təchizatçıların axtarışı və idarəedilməsi üsulları ilə tanışlıq;
• Danışıqların aparılması v ünsiyyət qurma bacarığı;
• Məsləhət vermə təcrübəsi;
• Azərbaycan , rus və ingilis dillərinin biliyi;
• MS Office proqramlarının (MS Excel və MS Power Point), Procurement ERP və Market
place proqramlarının yüksək bilik səviyyəsi;
• CIPS sertifikatının mövcudluğu üstünlükdür.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Satınalma üzrə menecer” qeyd olunmalıdır;
• CV-lər 22 dekabr, 2019-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.