Banner

Sığorta

"Atəşgah Sığorta" işçi axtarır - VAKANSİYA

"Atəşgah Sığorta" işçi axtarır - VAKANSİYA | FED.az
20:10 21 Noy 2019

FED.az xəbər verir ki, "Atəşgah Sığorta" Texniki ekspertiza şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Eləcə də bax: "Bank Respublika" işçi axtarır - VAKANSİYA

Namizədə tələblər

• Yaş: 25-45
• İş təcrübəsi: avtomobil xidməti, servisi, ehtiyat hissələrinin satışı üzrə iş təcrübəsi arzuolunadır.
• Təhsil: Ali və ya orta texniki
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(arzuolunandır)
• Kompüter bilikləri, Microsoft office proqrmaları

Əsas vəzifə öhdəlikləri

• Zədələnmiş nəqliyyat vasitələrinə (və ya digər əmlaka) texniki baxış keçirmək və dəymiş zərəri müəyyən etmək
• Zərərçəkmiş şəxslərə zəng etmək və onların nəqliyyat vasitələrinə (və ya digər əmlaka) baxış keçirilməsi yerini müəyyən etmək
• Nəqliyyat vasitələrinin texniki xidmət servislərində zədələnmiş detallarının fotoşəkillərini çəkmək
• Baxış aktlarını tərtib etmək
• Qiymətləndirilmə aktlarını tərtib etmək
• Ehtiyyat hissələrinin bazarını araşdırmaq
• Texniki xidmət stansiyaları tərəfindən təqdim olunmuş zərər aktlarını yoxlamaq
• Texniki xidmət stansiyalarına təyinatı üzrə nəqliyyat vasitələrini göndərmək
• Qiymətləndirilmə zamanı sığortalılar və ya 3-cü şəxslərin dələduzluq faktlarını müəyyən etmək
• Texniki xidmət stansiyalarında təmir edilmiş nəqliyyat vasitələrinin dəyişdirilmiş detallarının zərər aktlarına uyğun təhvil alınması prosesini təşkil etmək
• Texniki ekspertiza şöbəsinin fəaliyyətini əks etdirən hesabatlar tərtib etmək
• Birbaşa rəhbərin tapşırıq və göstərişlərini yerinə yetirmək.

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı : həftə içi 09: 00-dan 17:30 dək. (Növbə əsasında Şənbə günləri)
• Sabit əmək haqqı sınaq müddətində 500 AZN
• Sınaq müddətindən sonra 600 AZN
• Fəaliyyət nəticələrinin qiymətləndirilməsi əsasən bonus sistemi

Şəxsi keyfiyyətlər

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
• Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı
• Təhlil və araşdırma qabiliyyətinə malik olmaq
• Müşahidə və ilkin təhqiqat aparmaq vəridşlərinə malik olmaq

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur. Şəkilin olması mütləqdir
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected]. e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində, mütləq “Texniki ekspertiza şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.

Digər xəbərlər

Banner