Banner

Sosial

Pandemiyadan sonra maaşlarında artım gözlənilən peşə sahibləri - SİYAHI

Pandemiyadan sonra maaşlarında artım gözlənilən peşə sahibləri - SİYAHI | FED.az
13:45 30 May 2020

Rusiyanın Proqressiv Təhsil İnstitutunun mütəxəssisləri koronavirus pandemiyasından sonra maaşlarında artım gözlənilən peşə sahiblərinin siyahısını tərtib ediblər.

Eləcə də bax: Pandemiyanın yaratdığı - YENİ PEŞƏLƏR HANSILARDIR?

FED.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Mütəxəssislərin fikrincə, siyahıda adları qeyd olunan peşə sahibləri maaşlarının yüksəlməsinə ümid edə bilərlər:

Sosial media marketinqi (SMM) və PR (ictimaiyyətlə əlaqələr) üzrə mütəxəssislər;

Prodüserlər, menecment üzrə mütəxəssislər;

İT (informasiya texnologiyaları) mütəxəssisləri, internet-marketoloqlar;

Böhran əleyhinə idarəedicilər;

Maliyyə məsləhətçiləri;

Logistika menecerləri;

Vaxtın idarə edilməsi üzrə mütəxəssislər (“Time management”);

Həkimlər, psixoloqlar və psixoterapevtlər;

Onlayn dərs deyən müəllimlər və tərbiyəçilər;

Virtual bələdçilər;

Kənd təsərrüfatı işçiləri, aqronomlar, baytarlar.

Oxu

Digər xəbərlər

Banner