Pandemiyadan sonra ən qısa müddətdə normal iş rejiminə qayıtmaq istəyən istəyən şirkətlər, digər işçilərin və müştərilərin təhlükəsizliyini təmin edəcək yeni vəzifələr yaradırlar.
Eləcə də bax: Koronavirusa görə işçiləri işdən çıxaranlar cəzalandırılacaq - RƏSMİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat verib. Məsələn, kitabxanaçı yoluxmuş insanların kimlərlə təmasda olduğunu araşdıracaq, sosial agent isə həmkarlarının hərarətini ölçəcək. Agentliyin qeyd etdiyi kimi, koronavirusun müalicəsi tapılmayana qədər bu kimi mütəxəssislərə tələb yüksək olacaq.
Amerika iqtisadiyyatının demək olar ki, bütün sahələrindən olan şirkətlərdə yeni vəzifələr açılacaq, bu haqda Labor Finders rekrutinq şirkətinin baş direktoru Ceffri Bernett danışıb. Onun sözlərinə görə, tikinti obyektlərində sosial məsafənin qorunmasını izləməyə, habelə qocalar evlərinə gələnlərə nəzarət etməyə ehtiyac yaranıb.
Keçmiş xüsusi agent üçün iş
Hazırda ən çox tələb olunan vəzifələrdən biri hərarətin ölçülməsidir, Kelly Services kadr agentliyinin baş direktoru Debra Torpe qeyd edir. Onun sözlərinə görə, agentlik məhdudlaşdırıcı tədbirlər qüvvəyə mindikdən sonra bu vəzifəyə yüzlərlə işçi götürüb.
Belə bir işi seçənlərdən biri də Solt-Leyk-Siti şəhərindən olan 67 yaşlı Mark Skofild olmuşdur. Təqaüdə çıxmadan əvvəl o, ABŞ-ın Hava Qüvvələrində çalışıb, indi isə axşam saat 8-dən səhər 4-dək pərakəndə satış şəbəkəsinin paylama mərkəzində işləyir. Mark saatda 20 dollar qazandığını və “uzun illər xəstələnmədiyini” söyləyir.
Simona Uilyams tikinti obyektində çalışır – o, yüzə yaxın işçinin sağlamlıq vəziyyətinə görə cavabdehdir və təkcə hərarətin ölçülməsinə deyil, həm də sosial məsafənin qorunmasına nəzarəet edir. “Mən ünsiyyətcil insanam və özümü insanlarla çox rahat hiss edirəm”, – Simona söyləyir.
250 00 yeni iş yeri
Pandemiyadan sonra ortaya çıxacaq daha bir peşə – virusa yoluxmuş insanların kimlərlə təmasda olduğunun araşdırılması olacaq. Moody’s Analytics agentliyinin iqtisadçısı Dante DeAntonio qeyd edir ki, belə mütəxəssislərə olan tələbat ABŞ-da 250 min yeni iş yerinin açılmasını təmin edə bilər.
Liza Faqundes ödənişsiz məzuniyyətə göndərilənə qədər San-Fransiskoda kitabxanaçı işləyib. İndi o, həftədə 20 saat işləyir və virusa yoluxmuş insanların kimlərlə təmasda olduğunu araşdırır. Yeni işə çıxmazdan əvvəl Liza bir həftəlik təlim kursu keçmişdir. Əslinə onun yeni peşəsi kitabxanaçının işinə “çox oxşayır”. Ancaq o etiraf edir: insanlara onların yoluxmuş şəxslərlə təmasda olduqlarını və xəstəliyin daşıyıcısı ola biləcəklərini izah etmək çox çətindir.
Ohayo ştatının Kolumbus şəhərindəki Battle qeyri-kommersiya şirkəti hazırda 1300 min işçi axtarır – N95 respiratorlarını zərərsizləşdirilməsi üzrə mütəxəssislər. Bu işə düzələnlərdən biri də 18 yaşlı Meqan Stayndır. O, həftənin yedid günü gecə yarısından günortaya qədər maskaların dezinfeksiyası üzərində işləyir. Onun sözlərinə görə, bu “qəbul edilməsi çətin olan” bir işdir.
“Distansiya ambassodorları”
Coyle Hospitality qrupu müqavilə əsasında müxtəlif şirkətlərdə xidmət səviyyəsini ölçən insanları işə götürür. Pandemiyadan sonra şirkətin prezidenti Cim Koyl “sosial distansiya ambassodoru” vəzifəsini açıq elan etdi. Bu işçilər otel, restoran və digər ictimai yerlərin təhlükəsizlik standartlarına uyğunluğunu yoxlamaqla məşğul olacaqlar. Xüsusilə, insanların maska taxıb-taxmadığına nəzarət edəcəklər.
Dünyanın ən böyük şirkətləri belə yenidən işə qayıtmağın yollarını axtarırlar. Məsələn, Amazon ofislərində işçilərin və qonaqların hərarətini ölçməyi planlaşdırır, bu haqda Bloomberg məlumat yayıb. JPMorgan bankı müştərilərin yerinə liftdəki düymələri basacaq işçiləri götürür, McDonald’s isə içkilərə cavabdeh olan ayrıca mütəxəssis işə götürməyi planlaşdırır.