COVID-19 pandemiyası dövründə “Məşğulluq və sosial rifah”a dəstək tədbirləri məqsədilə ölkə əhalisinin 48%-ni və ya 4,8 mln. nəfəri əhatə edən 4 istiqamət üzrə 12 tədbirin icrası ilə bağlı bir sıra fəaliyyətlər həyata keçirilib.
Eləcə də bax: Azərbaycanda ötən il 129 min yeni iş yeri açılıb - 20 Min İş Yeri Bağlanıb
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, dövlət sektoru üzrə işçilərin işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əmək haqlarının saxlanılması istiqamətində 908 min nəfər işçinin iş yeri və əməkhaqqı gəliri qorunub.
Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində özəl sektor üzrə 2021-ci ilin 1 yanvar tarixinə əmək müqavilələrinin sayı nəinki azalıb, hətta 2020-ci ilin əvvəli ilə müqayisədə 24% və ya 154 min artım olmaqla 794 min əmək müqaviləsi qeydə alınıb. (Report)