Xəbər verdiyimiz kimi, “Özsüt” restoranlar şəbəkəsinin “Gənclik Mall”da yerləşən filialınının qadın müştərisi restoranda yediyi pizzadan kauçuk çıxdığını iddia edib.
Eləcə də bax: “Özsüt”dən "pizzadan kauçuk çıxıb" iddiasına cavab - "MƏLUMAT VERSƏYDİ..."
Şikayətini sosial şəbəkə vasitəsilə yayan qadın restoranın etirazına heç bir tədbir görmədiyini də iddia edib.
FED.az xəbər verir ki, iddia ilə bağlı olaraq "Özsüt Azərbaycan" şirkətinin Marketinq şöbəsinin meneceri Nigar Abdullayeva "Marja"ya bildirdi:
"Özsüt restoran şəbəkəsi daim təqdim etdiyi məhsulların və xidmətinin keyfiyyətinin yüksək olması üzərində çalışır. Hər hansı kiçik anlaşılmazlıqlar və ya xoşagəlməz hadisələr zamanı dərhal araşdırmalar aparıb müştərilərə geri dönüş edilir. Eyni şəkildə dünən müştəri tərəfindən gələn şikayətə baxıldı, ilk öncə şöbə rəhbəri ilə əlaqəyə keçdik, iddiaların doğru olmadığını gördükdən sonra rəhbərlik səviyyəsində daxili araşdırmalara keçildi. Kameraların görüntülərinə baxıldı, informasiya toplanıldı. Xanımın bildirdiklərinin heç birinin doğru olmadığı aşkarlandı. Təqdim edilən videolarda da bununla tanış ola bilərsiniz. Kamera görüntülərində də göründüyü kimi, xanım pizzanın yarısından çoxunu yedikdən sonra ofisiantı çağırır və pizzanın üzərindəki qurumuş Mazorella pendirinin ( pizzanın bişərkən kənarında qalan hissəsindən) bir hissəsi olduğunu bildirir. Xanım pizzanı yeməyə davam edir. Sonda bir dilim qabda saxlanılır. Və xanım ödənişi edərək kənarlaşır. Özsüt olaraq xanıma geri dönüş etdik, mülayim şəkildə məlumatı bildirdik. Lakin xanım iddiasından geri dönmədiyi üçün biz marka dəyərimizi qorumaq naminə bu videonu paylaşmaq məcburiyyətində qaldıq".