Ötən il əmək fəaliyyətində bədbəxt hadisələr zamanı 75 nəfər vəfat edib.
Gecikdirilmiş 842 min manata yaxın vəsait vətəndaşlara geri qaytarılıb - Xidmət rəisi
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri adlı mətbuat konfransında deyib.
"Xidmət tərəfindən istehsalatla əlaqəli sayılmış 610 bədbəxt hadisənin təhqiqatı aparılıb. 36-sı qrup halında olan bu hadisələr nəticəsində 75 nəfər vəfat edib, 605 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 588 nəfər zərərçəkmiş şəxsə “İZ” (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub", - deyə Xidmət rəisi bildirib.










