Onlayn medianın subyektləri fiziki və ya hüquqi şəxslər ola bilər.
Eləcə də bax: Sayt yaratmaq üçün icazə - TƏLƏB OLUNMAYACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, onlayn media subyekti özünün veb-saytında aşağıdakı məlumatları göstərməlidir:
- adı;
- VÖEN-i;
- domen adının sahibi;
- məsul redaktorun soyadı, adı və atasının adı;
- onlayn media subyektinin fəaliyyət göstərdiyi ünvan və əlaqə vasitələri.
Nəzərdə tutulmuş məlumatlar onlayn mediada “əlaqə” başlığı altında və istifadəçilərin ana səhifədən birbaşa daxil ola biləcəkləri şəkildə göstərilməlidir. Onlayn mediada materialın ilk dəfə yayımlandığı tarix qeyd olunmalı və həmin tarixə dəyişiklik edilməməlidir.
Onlayn media subyekti (redaksiyaları) hər ay 20 gün ərzində bu qanunun tələblərinə əməl etməklə və bu Qanunun 13.3-cü maddəsində göstərilən informasiya (Media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər, abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər) istisna olmaqla gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur.