Onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmayacaq.
Eləcə də bax: Agentlik sədri: “Onlayn media subyektlərinə güzəştlərin edilməsi üzərində iş gedir”
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.
Hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanunda olduğu kimi “Media haqqında” qanun layihəsində də çap mediası subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmayacağı əksini tapıb.