Ölkədə qadınların orta aylıq əmək haqqı kişilərin orta aylıq əmək haqqının yarısına bərabər olub.
Azərbaycanda orta aylıq əməkhaqqı 920 manata yüksəlib
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə hazırladığı “Azərbaycanda DİM-in Maliyyələşdirilməsi” ilə bağlı dərc olunan hesabatında qeyd olunub.
Dayanıqlı İnkişaf Hesabatında həmçinin qeyd olunur ki, Azərbaycanda qadınların iqtisadiyyatda iştirakçılığı yüksəkdir. Belə ki, hesabata görə, ölkədə ümumi işçi qüvvəsinin 48.3 faizini qadınlar təşkil etsə də, onlar daha aşağı vəzifələrdə təmsil olunurlar.
Hesabatda qeyd olunur ki, qadınların yalnız 35 faizi rəhbər vəzifədə təmsil olunur. (Apa)