Norm Sement COVİD-19 virus infeksiyası ilə mübarizədə yaşlı, tənha və aztəminatlı insanlara dəstək göstərməyə davam edir.
Eləcə də bax: "Norm Sement"dən Binə qəsəbəsində aztəminatlı - AİLƏLƏRƏ YARDIM
Şirkətin peşəkar komandası daha bir yardım aksiyası üçün səfərbər olub. Belə ki, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə müqəddəs Ramazan ayının gəlişi münasibətilə sosial məsafə və şəxsi gigiyena qaydalarına riayət edərək zavodun yerləşdiyi Qaradağ rayonunda yaşayan 350 aztəminatlı ailəyə ərzaq yardımı edilib.
Xüsusi qayğıya ehtiyacı olan insanlara dəstək olmaq, bu çətin dövrün öhdəsindən birlikdə gəlmək və virusa qalib gəlmək məqsədilə Norm komandası daim əzmlə çalışmaqdadır. Bundan əlavə, onlar insanlar arasında Operativ Qərargahın təlim və tövsiyələri barədə maarifləndirmə və məlumatlandırma işləri həyata keçirir.
Norm şirkəti həmçinin müştərilərini xüsusi karantin müddətində qaydalara əməl etməyə çağırır, onları gigiyenik qoruyucu vasitələr və dezinfektantlarla təmin etməyə davam edir.