2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda xam neft və təbii qaz hasilatı sektorunda çalışanların orta aylıq maaşı 3 min 724,8 min manata çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 262,5 manat (7,6%) çoxdur.
Bu sahədə dövlət sektorunda işləyənlərin maaşı son bir il ərzində 218,1 manat və ya 9,3% artaraq 2 557,3 manata çatıb.
Özəl sektorda çalışanların orta aylıq maaşı isə 391,6 manat (9,1%) artaraq 1 984,9 manata yüksəlib.