2024- cü ilin yanvar-mart aylarında informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri 766,4 milyon manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki ilə müqayisədə real ifadədə 10,4 faiz artım deməkdir.
Onun da 74,1 faizi əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 36,8 faizi və ya 281,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.