Mədəniyyət Nazirliyində yeni müşavir təyinatları olub.
Necə gəldi vəzifəyə təyin olunanlar Nazirlikdən uzaqlaşdırılır - MÜVƏQQƏTİ NAZİRDƏN AÇIQLAMA
FED.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, Milli Konservatoriyanın Beynəlxalq əlaqələr departamentinin rəhbəri, musiqişünas, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov və Əməkdar artist Oleq Əmirbəyov mədəniyyət nazirinin müşavirləri təyin edilib.
Cahangir Səlimxanov Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) musiqişünaslıq ixtisası üzrə təhsil alıb. Bu vaxtadək Bəstəkarlar İttifaqında, Azərbaycan Dövlət Konservatoriyasında, Azərbaycan Musiqi Xadimləri İttifaqında, Bakı İncəsənət Mərkəzində müxtəlif vəzifələrdə çalışıb.
2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri, 2013-cü ildən Milli Konservatoriyada Beynəlxalq əlaqələr departamentinin müdiri vəzifələrində çalışıb. 2018-ci ildən YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Azərbaycanda milli eksperti təyin olunub.
Mədəniyyət nazirinə təyin olunan digər müşavir Oleq Əmirbəyov isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram rejissorluğu ixtisasını bitirib. Teatr və kino aktyoru, televiziya aparıcısı, Azərbaycanın Əməkdar artistidir. 2010-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında fəaliyyət göstərir.