Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 536,3 manat təşkil edib.
Eləcə də bax: Naxçıvan iqtisadiyyatı 0,6% böyüyüb
FED.az xəbər verir ki, Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3% çoxdur.
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Muxtar Respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 536,2 manata bərabər olub.
Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub. (Apa)