Şirkətlər işçilərinin hansı səviyyədə vaksinasiya olunmalarını icaze.gov.az portalındakı şəxsi kabinetləri vasitəsilə nəzarətdə saxlaya bilərlər.
Eləcə də bax: Vaksinin məcburi olacağı xəbərləri haqda - Açıqlama
FED.az xəbər verir ki, bunu Operativ Qərargahın növbəti brifinqində çıxışı zamanı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. Onun sözlərinə görə, buna əsasən təşkilatdaxili qərarlar qəbul edilə bilər:
"Operativ Qərargahın qərarına görə, şirkət əməkdaşlarının 80 faizi COVİD pasportuna sahib olmalıdır və işəgötürənlər buna görə məsuliyyət daşıyırlar. Hər hansı inzibati məsuliyyətə cəlb olunmamaq üçün şəxsi kabinetlərində kimlərin vaksin vurudub vurdurmadığını izləyə bilərlər".
Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov isə deyib ki, buna nəzarət vergi orqanları tərəfindən həyata keçiriləcək.
"Müvafiq pozuntular aşkarlandıqda, cərimələr tətbiq olunacaq", - deyə o bildirib.