“Hazırda vaksin məcburi deyil”.
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.
O bildirib ki, vaksinin məcburi olması ilə bağlı Operativ Qərargah qarşısında məsələ qoyulmayıb: “Bir çox sahələr var ki, orada icbaridir. Məsələn, həkimlər. Onların qırmızı zonada olmaqlarına görə vaksinasiya icbaridir. Amma ümumi icbarilik yoxdur”.