Azərbaycanda qarşıdakı illərdə də minimum əmək haqqının artırılması nəzərdə tutulur.
Eləcə də bax: Hökumət işsizliyə qarşı mübarizəni - BELƏ APARACAQ - TƏDBİRLƏR - PLANI
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyevin bu gün, fevralın 13-də təsdiqlədiyi «Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün TƏDBİRLƏR PLANI»nda nəzərdə tutulub.
Planda layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflərin hazırlanması nəzərdə tutulur.
Bu işlərin əsas icraçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçıları İqtisadiyyat və Maliyyə Nazirlikləri müəyyən edilib.