Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün TƏDBİRLƏR PLANI
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmişdir
Sıra №-si |
Tədbirin adı |
Əsas icraçı |
Digər icraçılar |
İcra göstəriciləri |
İcra müddəti (illər üzrə) |
1 |
2 |
3 |
4 |
5 |
6 |
1. Əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi |
|||||
1.1. |
Əmək bazarının tənzimlənməsi istiqamətində Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarda müvafiq dəyişiklik edilməsi ilə bağlı təkliflərin hazırlanması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi |
Təqdim olunmuş normativ hüquqi aktların layihələri |
2020–2021 |
1.2. |
Layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflərin hazırlanması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi |
Minimum əməkhaqqının məbləği |
2020–2025 |
1.3. |
İşəgötürənlərin işçilərin bacarıqlarının artırılmasında və kadr hazırlığında iştirakını stimullaşdırmaq üçün müvafiq normativ hüquqi bazanın və iqtisadi həvəsləndirmə mexanizmlərinin yaradılmasına dair təkliflərin hazırlanması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə |
Təqdim olunmuş normativ hüquqi aktların layihələri |
2022–2023 |
1.4. |
Əmək miqrasiyası kvotasının müəyyən edilməsi və iş icazələrinin verilməsi prosedurunun təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Dövlət Miqrasiya Xidməti, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi |
Təqdim olunmuş normativ hüquqi aktların layihələri |
2020–2021 |
1.5. |
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri verilməsi sisteminin tam elektronlaşdırılması |
Dövlət Miqrasiya Xidməti |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi |
Tam elektronlaşdırılmış sistemin fəaliyyət göstərməsi |
2020–2022 |
1.6. |
İş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə |
Həyata keçirilmiş tədbirlər və əhatə dairəsi |
2020–2025 |
1.7. |
Əlilliyi olan şəxslər üçün inklüziv əmək şəraitinin yaradılması məqsədilə müvafiq təkliflərin hazırlanması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə |
Hazırlanmış təkliflər əsasında həyata keçirilmiş tədbirlər |
2021–2022 |
1.8. |
Beynəlxalq əmək standartlarına uyğun olaraq qadınların əməyinin tətbiqi qadağan olunan iş yerlərinin siyahısının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə |
Təqdim olunmuş normativ hüquqi aktların layihələri |
2020–2021 |
1.9. |
İşaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin vahid reyestrinin yaradılması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə |
Vahid reyestrin fəaliyyət göstərməsi və həmin reyestrə daxil edilən subyektlərin sayı |
2020–2021 |
1.10. |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və “DOST” mərkəzlərində müasir standartlara cavab verən yeni məşğulluq xidmətləri modelinin formalaşdırılması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Yerli icra hakimiyyəti orqanları |
Yeni məşğulluq xidmətləri modelinin əhatə dairəsi və hər il bu xidmətlərdən istifadə edən orta hesabla 120 min istifadəçi |
2020–2022 |
1.11. |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılmış “Məşğulluq” altsisteminin (MAS) inkişaf etdirilməsi, MAS-da vakansiyalar bankının yaradılması və fəaliyyətinin təmin edilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
“Məşğulluq” altsisteminin fəaliyyət göstərməsi və tam avtomatlaşdırılmış məşğulluq xidmətləri, o cümlədən vakansiyalar bankı və orada hər il ərzində yerləşdirilmiş orta hesabla 20000 vakansiya |
2020 |
1.12. |
İşəgötürənlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları arasında əlaqə mexanizminin təkmilləşdirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə |
“Məşğulluq” altsistemi vasitəsilə işəgötürənlərlə əlaqə mexanizminin qurulması |
2020–2021 |
1.13. |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarını idarəetmə sisteminin formalaşdırılması məqsədilə bu qurumların (o cümlədən rəhbər və mütəxəssislərin) fəaliyyətinin nəticəəsaslı keyfiyyət göstəricilərinin hazırlanması və tətbiqi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
|
Nəticəəsaslı keyfiyyət göstəricilərinin təsdiqlənmiş siyahısı və hesabatlar |
2022–2023 |
1.14. |
Regionların sosial-iqtisadi inkişaf prioritetləri nəzərə alınaraq, işsiz və işaxtaran şəxslər üçün regional peşə təhsili mərkəzləri şəbəkəsinin genişləndirilməsi və idarəetmə sisteminin təkmilləşdirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
Yeni yaradılmış 4 regional peşə təhsili mərkəzi (Lənkəran və Şəki şəhərləri, Quba və Bərdə rayonları) və idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilmiş tədbirlər |
2020–2025 |
1.15. |
Əlilliyi olan şəxslərin, xüsusilə gənclərin sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə regionlarda əlilliyi olan şəxslər üçün peşə-əmək reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Səhiyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
Yeni yaradılmış bir Peşə-Əmək Reabilitasiya Mərkəzi |
2021–2025 |
2. İşçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi |
|||||
2.1. |
“Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin tələblərinə uyğun peşə təhsili, orta ixtisas və ali təhsil sisteminin təkmilləşdirilməsi |
Təhsil Nazirliyi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
“Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin tələblərinə uyğun yenilənmiş təhsil standartları, hazırlanmış nümunəvi kurikulumlar, qiymətləndirmə və akkreditasiya standartları, yaradılmış Milli Kvalifikasiya Reyestri |
2020–2025 |
2.2. |
Əmək bazarının tələblərini əks etdirən peşə və kvalifikasiya standartlarının hazırlanması mexanizminin yaradılması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Təhsil Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə |
Formalaşdırılmış normativ hüquqi baza |
2020 |
2.3. |
İqtisadiyyatın əsas sahələri üzrə əmək bazarında prioritet peşələrə dair peşə və kvalifikasiya standartlarının hazırlanması, mövcud standartların yenilənməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə |
400 peşə və kvalifikasiya standartlarının hazırlanması və 500 peşə və kvalifikasiya standartlarının yenilənməsi |
2020–2025 |
2.4. |
“Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin tələblərinə uyğun qeyri-formal və informal təhsil vasitəsilə əldə edilən səriştələrin tanınması, peşə və kvalifikasiya standartları əsasında işçi qüvvəsinin sertifikasiyası sisteminin formalaşdırılması |
Təhsil Nazirliyi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası cəlb edilməklə |
Səriştələrin tanınması və işçi qüvvəsinin sertifikasiyası sisteminin fəaliyyət göstərməsi |
2021–2025 |
2.5. |
Peşə və kvalifikasiya standartlarının hazırlanması, habelə peşə hazırlığı və əlavə təhsil sisteminin təkmilləşdirilməsi sahəsində tədbirlərdə işəgötürənlərin iştirakının artırılması məqsədilə işəgötürənlərin və aidiyyəti orqanların nümayəndələrindən ibarət “Bacarıqların artırılması üzrə sahə komissiyaları”nın yaradılması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə |
Yaradılmış 14 sahə komissiyası |
2020–2021 |
2.6. |
Beynəlxalq təcrübə əsasında iş yerlərində təlim, stajkeçmə mexanizminin yaradılması, habelə ikili peşə təhsili (“dual təhsil”) sisteminin tətbiqi imkanlarının araşdırılması istiqamətində müvafiq təkliflərin hazırlanması |
Təhsil Nazirliyi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası cəlb edilməklə |
Zəruri normativ hüquqi baza və təhsil (təlim) proqramlarının mövcudluğu |
2020–2021 |
2.7. |
Ali təhsil, orta-ixtisas və peşə təhsili müəssisələrində istehsalat təcrübəsinin keyfiyyətinin artırılması, bu sahədə işəgötürənlərlə təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsinə dair müvafiq təkliflərin hazırlanması |
Təhsil Nazirliyi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası cəlb edilməklə |
Hazırlanmış təkliflər və həyata keçirilmiş tədbirlər |
2020–2021 |
2.8. |
Dövlət qulluqçularının əlavə təhsilinin təşkili və peşə bacarıqlarının təkmilləşdirilməsi |
Dövlət İdarəçilik Akademiyası |
Dövlət İmtahan Mərkəzi |
İl ərzində təşkil edilən təlimlər və təlimlərə cəlb olunan ən azı 3000 dövlət qulluqçusu |
2020–2025 |
2.9. |
Dövlət qulluğunun təbliği və təşviqi ilə bağlı Bakı şəhərində və regionlarda yerləşən ali təhsil müəssisələrində maarifləndirmə işinin həyata keçirilməsi |
Dövlət İmtahan Mərkəzi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri |
İl ərzində tədbirlərdə iştirak edənlərin sayı və hazırlanmış broşürlər |
2020–2025 |
3. Aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi |
|||||
3.1. |
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi işinin gücləndirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları |
Hər il aktiv məşğulluq tədbirlərinə cəlb olunan orta hesabla 25000 nəfər (əsasən də, xüsusi internat məktəblərini bitirən gənclər), əlilliyi olan şəxslər, qadınlar, məcburi köçkünlər və cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslər |
2021–2025 |
3.2. |
Peşəyönümü tədbirlərinin səmərəliliyinin artırılması məqsədilə peşə standartları əsasında metodiki vəsaitlərin (peşə profilləri) hazırlanması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Təhsil Nazirliyi |
Hazırlanmış 100 peşə profili |
2020–2023 |
3.3. |
Karyera məsləhəti üzrə mütəxəssislərin hazırlanması üçün tədris bazasının yaradılması |
Təhsil Nazirliyi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Hazırlanmış kurikulum, təlim materialları |
2020–2023 |
3.4. |
Ümumi təhsildə peşəyönümünə dair məsləhət xidmətlərinin təkmilləşdirilməsi üçün infrastrukturun gücləndirilməsi |
Təhsil Nazirliyi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Pilot layihə olaraq 10 məktəbdə peşəyönümü məsləhət xidmətlərinin daha səmərəli həyata keçirilməsi üçün infrastrukturun yenilənməsi |
2021–2025 |
3.5. |
Əmək bazarında ayrı-ayrı peşə və ixtisaslara tələbat barədə dolğun və real məlumatları özündə əks etdirən Mərkəzləşdirilmiş Karyera Portalının yaradılması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi |
Rəqəmsal karyera portalının fəaliyyət göstərməsi |
2022–2024 |
3.6. |
Gənclərin peşəyönümünün təşkili məqsədilə ali, orta ixtisas və peşə təhsili müəssisələrində karyera mərkəzlərinin yaradılmasının və karyera məsləhət xidmətləri göstərilməsinin dəstəklənməsi |
Təhsil Nazirliyi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Yeni yaradılmış 20 karyera mərkəzi və il ərzində bu xidmətlərdən istifadə edənlərin sayı |
2020–2025 |
3.7. |
Əməkqabiliyyətli əhalinin sosial yardımlardan və müavinətlərdən asılılığını azaltmaq məqsədilə passiv sosial müdafiədən (ünvanli dövlət sosial yardımı) aktiv sosial müdafiəyə (əmək bazarına inteqrasiya) keçidin təmin edilməsi məqsədilə təkliflərin hazırlanması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
İqtisadiyyat Nazirliyi |
Təqdim olunmuş normativ hüquqi aktların layihələri |
2020–2021 |
3.8. |
Özünüməşğulluğa cəlb edilmiş və biznes planlarını uğurla icra edən iştirakçıların “ABAD” mərkəzlərinin və KOB evlərinin xidmətlərinə istiqamətləndirilməsi üçün təkliflərin hazırlanması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi |
Hazırlanmış və təqdim olunmuş təkliflər |
2020–2021 |
3.9. |
Özünüməşğulluq üzrə təlim proqramlarının təkmilləşdirilməsi və özünüməşğulluğun əhatə dairəsinin genişləndirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
|
Təlim proqramında dəyişiklik, il ərzində özünüməşğulluğa orta hesabla 10000 nəfərin cəlb edilməsi |
2020 |
3.10. |
Peşə hazırlığı üzrə səriştəəsaslı modul təlim proqramlarının hazırlanması və yenilənməsi |
Təhsil Nazirliyi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Hər il hazırlanmış və yenilənmiş 10 modul təlim proqramı |
2020–2025 |
3.11. |
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin, xüsusilə gənclərin, əlilliyi olan şəxslərin əmək bazarına cəlb olunması üçün peşə hazırlığı kurslarının səmərəliliyinin artırılması, bu sahədə mütərəqqi təhsil metodlarından istifadə etməklə səriştəyönümlü modul təlimin tətbiqinin genişləndirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi |
Hər il ən azı 2500 nəfərin təlimlərə cəlb edilməsi, o cümlədən 1500 nəfərin modul proqramlar əsasında təlimləndirilməsi |
2020–2025 |
3.12. |
İşsiz və işaxtaran şəxslərin müvəqqəti işlərlə təmin edilməsi məqsədilə mütərəqqi texnologiyaların tətbiqi ilə əmək birjasının fəaliyyətinin təkmilləşdirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
Yaradılmış elektron əmək birjası |
2020–2022 |
3.13. |
İşsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi, təşkili mexanizminin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Yerli icra hakimiyyəti orqanları |
Mexanizmlərdə dəyişiklik, yaradılmış DOST– İŞ mərkəzləri vasitəsilə hər il orta hesabla 30000 nəfərin haqqı ödənilən ictimai işlərə cəlb olunması |
2020–2021 |
3.14. |
İşsiz şəxslər üçün fərdi məşğulluq proqramlarının hazırlanması işinin təkmilləşdirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
|
“Məşğulluq” altsistemi vasitəsilə fərdi məşğulluq proqramlarının hazırlanması və həyata keçirilməsi |
2023–2025 |
3.15. |
Kvota müəyyən edilmiş müəssisə, idarə və təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin edilməsinə nəzarətin gücləndirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
|
Nəzarət mexanizmində dəyişiklik və kvota əsasında işlə təmin olunanların sayı |
2020–2025 |
3.16. |
Əməkqabiliyyətli qeyri-fəal əhalinin sayına dair statistik məlumatlar əsasında bu kontingentin bir qisminin (xüsusilə gənclərin və qadınların) əmək bazarına cəlb olunması ilə bağlı təkliflərin hazırlanması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Dövlət Statistika Komitəsi |
Təqdim olunmuş təkliflər və həyata keçirilmiş tədbirlər |
2020–2021 |
4. Sosial dialoqun inkişaf etdirilməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması |
|||||
4.1. |
Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın imkanlarından daha səmərəli istifadə edilməsinə dair təkliflərin hazırlanması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə |
Təqdim olunmuş təkliflər və həyata keçirilmiş tədbirlər |
2020–2021 |
4.2. |
Baş Kollektiv Sazişdə və yeni bağlanılacaq sahə (tarif) sazişlərində, habelə kollektiv müqavilələrdə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın prioritetlərinin (inklüziv məşğulluğun təmin edilməsi, peşə təhsili və peşə hazırlığı, iş yerində təlim, peşə standartları, sosial müdafiə, əmək standartları və s.) nəzərə alınması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
İqtisadiyyat Nazirliyi Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə |
Baş Kollektiv Sazişdə və sahə (tarif) sazişlərində, kollektiv müqavilələrdə nəzərə alınmış prioritetlər |
2020–2025 |
4.3. |
Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə, yerli icra hakimiyyəti orqanları |
Təqdim olunmuş təkliflər və həyata keçirilmiş tədbirlər |
2020–2021 |
4.4. |
Korporativ sosial məsuliyyətin inkişafı istiqamətində təkliflərin hazırlanması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə, yerli icra hakimiyyəti orqanları |
Təqdim olunmuş təkliflər və həyata keçirilmiş tədbirlər |
2022–2023 |
4.5. |
Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi |
Yerli icra hakimiyyəti orqanları |
Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası cəlb edilməklə |
Yeni yaradılmış peşə və sahə assosiasiyaları |
2020–2023 |
4.6. |
Beynəlxalq Əmək Təşkilatının Azərbaycan Respublikasının qoşulmadığı konvensiyalarının ratifikasiya edilməsi imkanlarının araşdırılması və bununla bağlı müvafiq təkliflərin hazırlanması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Xarici İşlər Nazirliyi Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə |
Təqdim olunmuş təkliflər və həyata keçirilmiş tədbirlər |
2021–2022 |
4.7. |
Qeyri-formal məşğulluğun qarşısının alınmasına yönəldilmiş kompleks tədbirlərin (normativ hüquqi aktların təkmilləşdirilməsi, inzibatçılığın təkmilləşdirilməsi, nəzarət tədbirlərinin gücləndirilməsi, monitorinq və qiymətləndirmə sisteminin qurulması, məlumatlandırma və təbliğat işlərinin təşkili) həyata keçirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi |
“Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində görülmüş işlər |
2020–2025 |
5. Əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi |
|||||
5.1. |
Əmək bazarı və sosial müdafiə məsələləri üzrə proqnozlaşdırma sisteminin yaradılması, fəaliyyətinin təmin edilməsi və potensialının artırılması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
|
Hazırlanmış hesabatlar və məlumat bazaları, keçirilmiş təlimlər |
2020–2025 |
5.2. |
Milli və regional səviyyələrdə demoqrafik proseslərin əmək bazarına təsirinin orta və uzunmüddətli proqnozlarının hazırlanması metodologiyasının təkmilləşdirilməsi, bu sahədə məlumat bazasının və potensialın inkişaf etdirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası |
Təkmilləşdirilmiş metodologiya, məlumat bazalarında dəyişiklik, hazırlanmış hesabatlar, keçirilmiş təlimlər |
2020–2022 |
5.3. |
Əmək məhsuldarlığının qiymətləndirilməsinə dair beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə statistikanın təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması |
Dövlət Statistika Komitəsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi |
Beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanmış hesabat və təkliflər |
2021–2022 |
5.4. |
Təhsil müəssisələri tərəfindən məzunların əmək bazarına adaptasiyası vəziyyətinin öyrənilməsi üzrə dövri müayinələr aparılması ilə bağlı tövsiyələrin hazırlanması |
Təhsil Nazirliyi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Hazırlanmış tövsiyələr |
2020–2025 |
5.5. |
Təhsil müəssisələrinə tələbə qəbulunda nəzərdə tutulan ixtisasların əmək bazarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün təkliflərin hazırlanması |
Təhsil Nazirliyi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi |
Təqdim olunmuş təkliflər və həyata keçirilmiş tədbirlər |
2020–2021 |