Bu ilin yanvar-iyun ayları ərzində daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində orta aylıq nominal əməkhaqqı 1 273,4 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu sahədə ümumi əməkhaqqı 161,3 manat və ya 14,5% artıb.
Sektorlar üzrə müqayisədə, dövlət sektorunda maaşlar 131,7 manat (11,8%) artaraq 1 248,1 manata, qeyri-dövlət (özəl) sektorda isə 229,1 manat (21,7%) artaraq 1 282,5 manata çatıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində bu sahədə orta aylıq əməkhaqqı 1 112,1 manat təşkil edib.