Bu ilin iyulun 1-nə informasiya və rabitə sahəsində orta aylıq nominal əməkhaqqı 1 905,9 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu sahədə ümumi əməkhaqqı 195,1 manat və ya 11,4% artıb.
Sektorlar üzrə müqayisədə, dövlət sektorunda maaşlar 100,2 manat (6,8%) artaraq 1 583,8 manata, qeyri-dövlət sektorunda isə 259,5 manat (13,8%) artaraq 2 135,0 manata çatıb.
Qeyd edək ki, 2024-cü ilin iyulun 1-nə bu sahədə orta aylıq əməkhaqqı 1 710,8 manat təşkil edib.