Bu ilin 9 ayında mədənçıxarma sənayesində çalışanların orta aylıq əmək haqqı 3 374,8 manat olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 76,6 manat və ya 2,3% çoxdur.
2022-ci ilin yanvar-sentyabr aylarında mədənçıxarma sənayesində çalışanların orta aylıq əmək haqqı 3 298,2 manat təşkil edib.
Bundan başqa bu sahədə əmək haqqı dövlət sektoru üzrə 2 203,2 manat, qeyri-dövlət sektoru üzrə 2 083,5 manat təşkil edib.
Dövlət sektorunda 119,7 manat (5,7%) artıb, qeyri-dövlət sektorunda 14 manat (14,4%) azalma qeydə alınıb.
Keçən ilin eyni dövründə göstəricilər müvafiq olaraq 4 005,1 manat və ya 4 019,5 manat təşkil edib.