2024-cü ilin yanvar-noyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 210,7 mln. manat və ya 4,3% artım qeydə alınıb.
Bu barədə FED.az-a Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.
Bildirilib ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 143,8 mln. manat və ya 9,1%, qeyri-büdcə təşkilatları üzrə isə 336,0 mln. manat və ya 11,0% artımla olub.