2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard manatdan çox olub.
Sahibkarlara xəbərdarlıq! - 15 min manatdan çox ödənişləri nağd qaydada edənlər cərimələnəcək - VİDEO
FED.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin yanvar-noyabr aylarına nisbətən 13 faiz artaraq 3,4 milyard manatdan çox təşkil edib.
Qeyd edilib ki, işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz artaraq 183,9 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,8 faiz artıb və 139,1 milyon manatdan çox təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz artaraq 913,8 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,8 faiz artıb və 651,2 milyon manat təşkil edib.