“Latviya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında sülh yolu ilə həllini vacib hesab edir”.
Bu sözləri APA-ya açıqlamasında Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs deyib. O bildirib ki, Latviya iki ölkə arasında açıq və konstruktiv dialoqu yüksək qiymətləndirir.
Nazir Azərbaycanın Avropa enerji təhlükəsizliyindəki roluna da toxunub: “Azərbaycan Avropa İttifaqı üçün enerji və tranzit sektorunda vacib tərəfdaşdır. Biz Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsindəki rolunu yüksək qiymətləndiririk. Bu layihə Avropa İttifaqı enerji birliyinin vacib məqsədləri olan enerji təhlükəsizliyinin təminatına və enerji mənbə və marşrutlarının şaxələndirilməsinə imkan yaradacaq”.
Qeyd edək ki, Latviyanın xarici işlər naziri 11-14 fevral tarixlərində Azərbaycanda səfərdə olacaq.