Bu ilin yanvar-mart aylarında kirayə və lizinq fəaliyyəti sahəsində orta aylıq nominal əmək haqqı 1 002,1 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İllik müqayisədə bu göstərici 18,0 manat (1,8%) artıb. Ötən ilin müvafiq dövründə bu sahədə orta aylıq əmək haqqı 984,1 manat olmuşdu.
Məlumatlara əsasən, hesabat dövründə dövlət sektorunda orta aylıq maaş 435,1 manat təşkil edib. Bu, illik müqayisədə 147,3 manat (51,2%) artım deməkdir. 2024-cü ilin müvafiq dövründə bu göstərici 287,8 manat idi.
Qeyri-dövlət sektorunda isə orta aylıq maaş 1 003,5 manat olub. İllik müqayisədə 16,9 manat (1,7%) artım qeydə alınıb. Ötən ilin eyni dövründə bu rəqəm 986,6 manat təşkil etmişdi.