Bu ilin yanvar-mart aylarında içki istehsalı sahəsində orta aylıq nominal əmək haqqı 1077,3 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İllik müqayisədə bu göstərici 146,5 manat (15,7%) artıb, belə ki, 2024-cü ilin müvafiq dövründə bu sahədə orta aylıq əmək haqqı 930,8 manat olmuşdu,
Məlumatlara əsasən, hesabat dövründə dövlət sektorunda orta aylıq maaş 1504,6 manat təşkil edib, illik müqayisədə bu, 80,0 manat (5,6%) artım deməkdir.
2024-cü ilin müvafiq dövründə bu göstərici 1424,6 manat idi.
Qeyri-dövlət sektorunda isə bu rəqəm 1064,8 manat olub ki, bu da illik müqayisədə 140,2 manat (15,2%) artım deməkdir. Ötən ilin eyni dövründə 924,6 manat təşkil etmişdi.