Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edlən məhdudlaşdırma və karantin dövrnüdə büdcə təşkilatlarında çalışan işçilərin böyük hissəsi evdən işləyib.
Eləcə də bax: SOCAR-ın 15 min işçisi evdən işləyir - RƏSMİ AÇIQLAMA
Bu barədə FED.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov bildirib.
Onnu sözlərinə görə, karantin dövründə dövlət sektorunda 900 min işçidən təxminən 80%-i işə çıxmasa da, onların əməkhaqqı ödənilib.
Bundan başqa, dövlət tərəfindən görülən tədbirlər nəticəsində özəl sektor üzrə 760 min nəfərin işsizlik riskinin qarşısı alınıb. Özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyi göstərilib».