Koronavirus pandemiya dövründə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 14 699 əməkdaşı evdən işləyib.
Eləcə də bax: SOCAR-da işçilərin bir hissəsi evə göndərilib - İXTİSARLAR BAŞLAYIR
FED.az xəbər verir ki, bunu SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli şirkətdə İnsan Resurslarının İdarə edilməsinə dair QHT-lərin də iştirakı ilə keçirilən onlayn görüşü zamanı bildirib.
Onun sözlərinə görə, bu da SOCAR əməkdaşlarının 29%-ni təşkil edir.
A.Bəkirli bildirib ki, bu müddət ərzində 35 907 əməkdaş isə işdə olub. Bu da SOCAR əməkdaşlarının 71%-ni təşkil edir. (Report)