Böyük şirkətlərədə və iş yerlərində işçinin hüquqları pozularsa, məsələn, vaxtından çox işlədilərsə, bir neçə işi görmək məcburiyyətində qalarsa, bu zaman həmin şəxs Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilər.
Gecikdirilmiş 842 min manata yaxın vəsait vətəndaşlara geri qaytarılıb - Xidmət rəisi
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri adlı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin işçinin müraciətinin anonim şəkildə qeydə alınması mümkün deyil:
"İşçinin işlədiyi yerdən anonim formada şikayət etməsi mümkün deyil. İşçi hüquqları pozularsa, Xidmətə müraciət edir. Daha sonra rəhbər həmin işçini bu müraciətə görə işdən qovarsa, işçi yenidən bunun barəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət edə bilər. Bu barədə araşdırılma aparılır və işçinin həqiqətən də bu səbəbdən işdən çıxarıldığı təsdiq olunarsa, işçinin əvvəlki işi bərpa edilir və rəhbər şəxslərə cərimələr tətbiq olunur".










