Bu ilin yanvar-sentyabr aylarında informasiya və rabitə sahəsində işləyənlərin orta aylıq əmək haqqı 1 494 manata çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,8% çoxdur.
Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 1 333,6 manat idi.
Ümumiyyətlə, 2023-cü ilin 1 oktyabr vəziyyətinə informasiya və rabitə sahəsində çalışanların sayı 32 668 nəfər təşkil edib. 2022-ci ilin 1 oktyabr vəziyyəti ilə müqayisədə bu göstərici 5% artıb. 2022-ci ilin 1 oktyabrında 31 113 nəfər bu sahədə çalışırdı.