Bu ilin yanvar-sentyabr aylarında balıqçılıq və balıqyetişdirmə sahəsində işləyənlərin orta aylıq əmək haqqı 826,8 manata çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,8% çoxdur.
Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 684,4 manat idi.
Ümumiyyətlə 2023-cü ilin 1 oktyabr vəziyyətinə balıqçılıqla məşğul olanların sayı 406 nəfər təşkil edib. 2022-ci ilim 1 oktyabr vəziyyəti ilə müqayisədə bu göstərici dəyişməyib.