2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda informasiya və rabitə sektorunda çalışanların orta aylıq maaşı 1 671,4 min manata çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 177,4 manat (11,9%) çoxdur.
Bu sahədə dövlət sektorunda işləyənlərin maaşı son bir il ərzində 194,5 manat və ya 15,2% artaraq 1 473,5 manata çatıb.
Özəl sektorda çalışanların orta aylıq maaşı isə 155,7 manat (9,4%) artaraq 1 813 manata yüksəlib.