“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik təklif olunur.
Eləcə də bax: Statistika Komitəsi və Məşğulluq Xidməti işsizlərin rəsmi sayını - GİZLƏTMƏYƏ ÇALIŞIR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajı azaldılacaq.
Həmçinin, sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi təklif edilir.
Layihədə qeyd edilib ki, “İşsizlikdən sığorta haqqında” qanun aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması, ünvanlılıq prinsipi əsasında çevik maliyyə mexanizminin formalaşmasını, məşğulluq xidmətlərinin yeni modelinin tətbiqini təmin edir.
Mövcud qanunda işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsi müəyyənləşdirilsə də, işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların sığorta ödənişindən yararlanması üçün əhatə dairəsinin genişləndirilməsi məqsədilə mütəmadi olaraq təkliflər hazırlanır.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.