Azərbaycanda işsizlikdən sığorta ödənişi alanların sayı 2 dəfədon çox azalıb. Əvəzində işsizlərin sayı 4 dəfədən çox artıb.
Eləcə də bax: Azərbaycanda işsizlikdən sığorta ödənişi – 80 MANAT ARTIB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci il yanvar ayının 1-nə olan məlumata görə, Azərbaycanda işsizlikdən sığorta ödənişi alanların sayı 540 nəfər təşkil edib. Bu göstərici 2019-cu il yanvar ayının 1-nə olan məlumatla müqayisədə 2,06 dəfə azdır. Belə ki, 2019-cu il yanvar ayının 1-nə olan məlumata görə, ölkədə işsizlikdən sığorta ödənişi alanların sayı 1117 nəfər təşkil edib.
Məlumat üçün bildirək ki, 2020-ci il 1 yanvar tarixinə ölkədə işsizlikdən sığorta ödənişinin orta məbləği 276,4 manat təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar ayının 1-nə olan məlumata görə, ölkədə işsizlərin sayı 81,272 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 61,184 nəfər və ya 4,04 dəfə çoxdur.