İspaniya hökuməti əmək haqqında gender bərabərsizliyini qadağan edən fərmanı bəyənib.
Eləcə də bax: Avropada 2 böyük - BANK BİRLƏŞDİ
FED.az xəbər verir ki, bu barədə Əmək naziri İolanda Dias çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib.
"Bü gündən daha kişi və qadın müxtəlif əmək haqqı ala bilməzlər", - o, Nazirlər Kabinetinin həftəlik iclasından sonra deyib.
Dias əlavə edib ki, şirkətlər artıq cinslər üzrə əmək haqqı qeydlərini aparmalı olacaqlar. Bu qeydlər açıq olmalıdır.
Hələ 2018-ci ildə İspaniya parlamentinin (Baş Korteslər) "Unidos-Podemos" koalisiyasından olan deputatları kişilərin və qadınların maaşlarında ayrıseçkiliyə son qoyan qanun layihəsi hazırlayıblar. Həmin vaxt layihəni praktik olaraq bütün siyasi qüvvələr dəstəkləyib. (Report)