Yaxın vaxtlarda Azərbaycanda işsizlərin iş tapması ilə bağlı maraqlı yenilik olacaq. Ölkə vətəndaşları üçün ciddi məşğulluq portalı yaradılacaq. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət televiziyasına müsahibəsində bildirib: «Məşğulluq portalında Azərbaycanda olan bütün vakansiyalar barədə məlumat olacaq. Eyni zamanda qeydiyyatdan keçmiş bütün işsizlər və işaxtaranlar haqqında məlumat yerləşdiriləcək. İstənilən işəgötürən və işsiz hətta məşğulluq mərkəzinə gəlmədən bu portala daxil olaraq, mövcud bütün vakansiyalar haqqında məlumat ala biləcək, hətta birbaşa ora müraciət də edə biləcək. Orada tələblər, maaş, iş yerinin ünvanı, iş saat, yəni bütün tələblər əks olunacaq».
Azərbaycanda 13 min manatlıq əmək haqqı kimə vəd edilib?
S.Babayev deyib ki, portal işəgötürənlər üçün də rahatlıq yaradacaq. Nazirin sözlərinə görə, Azərbaycanda iki yüz min işsiz və işaxtaran var: «Onların məlumatlarını məlumat bazasına daxil edilməsi, eyni zamanda açılan vakansiyalar barədə məlumatların daxil edilməsi bir qədər vaxt apara bilər. Amma portalın maksimum bir il ərzində yaradılması nəzərdə tutulur».
S.Babayev bildirib ki, yeni portal işsizliklə bağlı şikayətlərin də qarşısını alacaq: «Bu kimi narazılıqların, şikayətlərin kökünü birdəfəlik kəsmək üçün bu portal çox faydalı olacaq». Əmək və əhalinin sosial müdafiəsi nazirinin sözlərinə görə, məşğulluq mərkəzləri öz yerində qalacaq: «Bizim böyük kateqoriya vətəndaşımız heç də internet sahəsində aktiv deyil. Onlar köhnə qayda ilə mərkəzlərə müraciət edə biləcəklər».
Azərbaycanda işədüzəltmə şirkətləri nəzarətə götürüləcək – YENİLİK
Qeyd edək ki, yeni portalın yaradılması hazırda fəaliyyətdə olan işədüzəltmə biznesinin fəaliyyətinə ciddi təsir edəcək. Açıq, şəffaf və bütün vakansiyaları əhatə edən resursun yaradılması işədüzəltmə şirkətlərinin xidmətinə ehtiyacı kəskin azalda bilər və bu da həmin biznesdə özünü göstərəcək.
Azərbaycanda işədüzəlğmə şirkətlərinin fəaliyyətinin nəzarətə götürüləcəyi ilə bağlı müzakirələr hökumətdə ötən ilin sonundan aparılır.
İşədüzəltmə şirkətlərinin sonu çatır - NAZİRLİKDƏN YENİLİK
01:32
30 İyun 2018