Sığortaedənin öz işçisinə ödədiyi maddi yardım istisna olmaqla, maddi yardımdan məcburi dövlət sosial sığorta haqqı tutulmayacaq.
Eləcə də bax: Azərbaycanda maaşlar - 8 Faizdən Çox Artırılacaq
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Başqa sözlə, sığortaedənin öz işçisinə ödədiyi maddi yardıma məcburi dövlət sosial sığorta haqqı hesablanacaq.
Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.