“Gələn il böyük bir paket həyata keçiriləcək. Əməkhaqları 8 faizdən çox artırılacaq. İnflyasiya isə 4 faiz olacaq”.
Eləcə də bax: Hökumət maaş və pensiyaları - NƏ QƏDƏR ARTIRA BİLƏR? - HESABLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib.