İpoteka və Kredit Zəmanət Fondu ictimai sorğunun keçirilməsi ilə bağlı açıq tenderə yekun vurub.
FED.az xəbər verir ki, sorğu əhalinin yaşayış sahələri ilə təminatlılıq səviyyəsinin və ehtiyacının qiymətləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması üsullarının müəyyən olunması ilə bağlıdır.
Sorğunu həyata keçirəcək təşkilat "Lider Property" MMC-dir.
Həmin şirkətə 24 min 900 manat ödəniləcək.
Qeyd edək ki, sorğunun keçirilməsinin məqsədi - əhalinin yaşayış sahələri ilə təminatlılıq səviyyəsinin, yaşayış sahələrinin və müvafiq maliyyə alətlərinin əlçatanlığının və əhalinin ehtiyaclarına uyğunluğunun qiymətləndirilməsi, yaşayış sahələrinə dair tələbin kəmiyyət və keyfiyyət göstəricilərinin, habelə yaşayış sahələrinin yaxşılaşdırılması ilə bağlı məhdudiyyətlərin araşdırılmasıdır. İctimai sorğunun keçirilməsi zamanı proporsionallığın təmin edilməsi və sorğuların ölkənin bütün ərazilərini əhatə etməsi üçün, ev təsərrüfatlarının seçimində "klaster" seçimi metodundan istifadə edilməsi nəzərdə tutulur. Metoda əsasən sorğu keçirilən şəhərlər müəyyən ərazilərə (klasterlərə) bölünməli və klaster kimi bir seçki dairəsi götürülməlidir.
Böyük şəhərlərdə bir klasterdə 15 müsahibə, kiçik şəhərlərdə isə 10 müsahibə keçirilməli və hər bir klasterdə isə təsadüfi addım seçimi metodologiyasından istifadə olunmalıdır.
Sorğu Azərbaycan Respublikasının aşağıda adları qeyd olunan ərazilərində ən azı 3000 ev təsərrüfatı arasında keçirilməlidir: № Sorğu keçiriləcək ərazilər Sorğuların sayı 1. Bakı 900 2. Gəncə 300 3. Quba 200 4. Lənkəran 200 5. Mingəçevir 200 6. Yevlax 200 7. Şəki 200 8. Şirvan 200 9. Sumqayıt 300 10. Xırdalan 300 Cəmi 3000
. Sorğu – respondentlər tərəfindən təqdim edilən anketin suallarının cavablanlandırılması metodu ilə aparılmalıdır.
Sorğunun keçirilməsi üzrə xidmətlər aşağıdakı mərhələlərdən ibarətdir: a. Sorğuda istifadə olunacaq suallar toplusunun hazırlanması və Satınalan təşkilat ilə razılaşdırılması - Satınalma müqaviləsinin imzalanmasından etibarən -1 ay müddətində; b. Sorğunun keçirilməsi - Suallar toplusunun razılaşdrılmasından etibarən - 1 ay müddətində; c. Sorğunun nəticələrinin emalı və Satınalan təşkilata təqdim edilməsi - 1 ay müddətində.
Sorğunun nəticələrinin emalı başa çatdıqdan sonra 5 iş günü müddətində sorğunun keçirilməsi zamanı respondentlər tərəfindən cavablandırılmış sual anketləri (elektron və əsli) saxlanılmaq üçün Sifarişçiyə təqdim olunmalıdır.
Sorğunun nəticələrinə dair Satınalan təşkilata geniş hesabat və təqdimat təqdim edilməlidir. Hesabatda sorğunun keçirilməsi üsulları, qaydası, yeri, nəticələrin emalı metodologiyası haqqında məlumat qeyd olunmalı, sorğuda qeyd olunmuş hər bir sualın icmalı, habelə ayrı-ayrı klasterlər və ümumilikdə sorğuda iştirak etmiş ev təsərrüfatlarının sorğunun predmeti olan məsələ ilə bağlı icmalı qeyd olunmalıdır.