Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında özəl müəssisələrinin işçiləri dövlət müəssisələrinin işçilərindən 178.7 manat çox orta aylıq nominal əməkhaqqı alıb. Belə ki, bu müəssisələrdə çalışanların orta maaşı müvafiq olaraq 820.1 manat və 641.4 manat olub.
Eləcə də bax: Azərbaycanda maaşlar - 8 Faizdən Çox Artırılacaq
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bidirir.
Komitənin hesabatına əsasən, özəl və dövlət müəssisələrində orta maaş fərqinin daha böyük olduğu sahələr mədənçıxarma sənayesi (2 316.5 manat), peşə, elmi və texniki fəaliyyət (1 110.2 manat), istirahət, əyləncə və incəsənət (795.4 manat), informasiya və rabitə (522.1 manat), su təchizatı, tullantıların təmizlənməsi və emalı (414.6 manat) sahələridir.
Bəzi sahələrdə isə dövlət müəssisələrinin işçiləri özəl müəssisədə işləyənlərdən çox orta maaş alırlar. Emal sənayesində bu fərq 197.4 manat, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 607.5 manatdır. Dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində dövlət müəssisələrindəki orta maaş isə eyni sahədə fəaliyyət göstərən özəl müəssisələrdəki orta maaşdan 3 dəfə çoxdur.
Daşınmaz əmlakla əlaqədar əməliyyatlarda orta maaş hər iki növ müəssisələrdə demək olar ki, eynidir (cəmi 2 manat fərq).
2021-ci ilin yanvar-sentyabr aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı (manat)