“Gələn il Gürcüstanda dövlət qulluqçularının əməkhaqqı fondu əhəmiyyətli şəkildə azaldılacaq”.
Eləcə də bax: Gürcüstanın dövlət qulluqçularının - 80 %-i Distant İş Rejiminə Keçəcək
FED.az xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.
O, ölkənin 2021-ci il üzrə dövlət büdcəsinin iqtisadi böhran əleyhinə olacağını, vətəndaşlar və biznesə dəstəyə yönələcəyini deyib: “Bizim nazirliyin də əməkhaqqı fondu təxminən 2 milyon lari azaldılıb. Gələn il Gürcüstanda pensiyalar, müəllim, polis və hərbi qulluqçuların maaşları artırılacaq”. (Report)