Gürcüstanda noyabrın 28-dən fevralın 1-dək dövlət qulluqçularının 80 %-i distant iş rejimində fəaliyyət göstərəcək.
Eləcə də bax: Gürcüstanda bu tarixədək sərt məhdudiyyətlər - Tətbiq Olunacaq
FED.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxariya bildirib.
O, bütün şirkətlərə əməkdaşlarını mümkün olduğu qədər uzaqdan iş rejiminə keçirməyi tövsiyə edib.
G.Qaxariya növbəti iki ay müddətində 70 yaşdan yuxarı olan şəxsləri ciddi zərurət yaranmayacağı halda evdən çıxmamağa çağırıb. (Report)