Gələn ilin əvvəlindən başlayaraq bütün pensiyaçıların pensiyalarının sığorta hissəsi təxminən 9 faiz artacaq.
"Sosial xərclərimiz Gürcüstan və Ermənistanın birlikdə həmin xərclərindən 2,5 dəfə çoxdur"
FED.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında deyib.
O bildirib ki, pensiyaların minimum məbləği və minimum əməkhaqqı da yüksələcək: “İşsizlikdən Sığorta Fondunun gələn il üçün nəzərdə tutulan büdcəsinin 55 faizi aktiv məşğulluq tədbirlərinə yönəldiləcək”. (Report)