Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarı müəyyənləşib.
Uşağın anadan olmasına və dəfnə görə - MÜAVİNƏTLƏR ARTIRILACAQ
FED.az xəbər verir ki, bu Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının Qanununda əksini tapıb.
Qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.