“Sosial müavinətlər haqqında” qanuna əsasən, vəfat etmiş şəxsin 18 yaşına çatmamış uşaqları, həyat yoldaşı, valideynləri ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququna malikdir. Burada hər hansı məhdudiyyət yoxdur.
Pensiyalar nə qədər artacaq? - AÇIQLAMA
FED.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bu müavinət ömürlük verilə bilməz: “Burada məsələ ondan ibarətdir ki, ailə başçısına itirdiyinə görə müavinət məhz əmək qabiliyyəti olmayan insanlara verilir. 18 yaşıma çatmamış insanlara da bu müavinət təqdim olunur. Həyat yoldaşına isə yalnız uşağın 8 yaşına qədər uşağa qulluq məqsədləri üçün bu müavinətlər təqdim olunur. Bu qanunla tənzimlənən məsələdir”.
Nazir qeyd edib ki, bir çox hallarda rəhmətə gedən şəxsin varisləri bir neçə olur: “Ona görə müvafiq icra hakimiyyəti orqanının arayışı tələb olunur".
Nazir vurğulayıb ki, dəfn üçün birdəfəlik müavinətin məbləği artırılacaq: “Mərhələlərlə bu artırılacaq. Həm uşağın anadan olmasına görə, həm də dəfnə görə müavinətlər son 4 ildə 5 dəfə artırılıb. Bu artım tendensiyası davam etdiriləcək. Hər sosial islahat paketində də bu məsələyə bir daha baxılacaq". (Apa)