Dünən bir sıra saytlarda sabiq vergilər naziri Fazil Məmmədovun infarkt keçirməsi və onun ağır vəziyyətdə Mərkəzi Gömrük Hospitalına yerləşdirilməsi ilə bağlı məlumat yayılmışdı.
Eləcə də bax: Bank sektorunda "tərəzi daşları" azdır və ya BANKLAR BİRLƏŞSƏ...
Sabiq nazir barəsində yayılan məlumatla bağlı açıqlama verib:
“Bunlar əsassız, yalan, uydurma məlumatdır. Mən infarkt keçirməmişəm. Səhhətim normaldı. Belə məlumatlar hardan, kim tərəfindən ötürülür, bilmirəm. Bununla neçənci dəfədir haqqımda yalan informasiya yayılır, bəsdirin artıq”,- deyə Fazil Məmmədov bildirib.