Evdən işləyən işçilərin 83%-i işlə bağlı rəhbərliyi və həmkarlarını aldadırlar.
Eləcə də bax: Karantində dövlət işçilərinin - 80%-İ EVDƏN İŞLƏYİB
FED.az xəbər verir ki, bu barədə «JobList.com» iş axtarma servisinin araşdırmasında məlum olub.
Təqribən 1000 nəfər arasında aparılan araşdırma zamanı respondentlərin 83%-i etiraf edib ki, evdən işləyəndə iş yoldaşlarına və rəhbərliyə yalan danışıblar. Bunu ən çox rəhbərlər (92%), menecerlər (90%) və aşağı vaəzifələrin işçiləri (79%) edirlər. Özü də hər 3 nəfərdən birinin yalanının üstü açılıb.
FED.az xəbər verir ki, məsafədən işləyənlərin ən çox yalan danışdığı mövzular da məlum olub. Ən çox söylənilən yalan – «artıq layihə üzərində işə başlamışam»dır. İşçilərin 45%-i belə yalan danışıblar. 40% isə guya rabitənin pis olmasını, internetin zəifliyini bəhanə gətirərək videokonfransdan boyun qaçırıblar. Eləcə də işçilərin 37%-i, guya texnika ilə problemin olduğunu əsas gətirərək kameranı qoşmaqdan imtina edib.
Evdən işləyən hər 3 nəfərdən biri işdən olan zəngə cavab verməmək və ya videokonfransa qatılmamaq üçün bildirib ki, başqa xətlə telefonla danışırlar. Hər 3 nəfərdən biri isə etiraf edib ki, onlayn iclas zamanı özünü diqqətlə dinləyən kimi göstərsə də, əslində başqa işlərlə məşğul olub.
Araşdırma nəticəsində işçiləri işdən ayıran ən geniş yayılmış səbəblər də məlum olub. Bunlar yemək hazırlamaq (59%), televizora baxmaq (55%), paltar yumaq (52%) və onlayn-şopinqdir (47%).
İşçilər etiraf ediblər ki, onlar heç kim xəbərdar etmədən təqriğbən 20-25 dəqiqə kompüterdən kənarda qala bilərlər və bunu heç kim hiss etməz.