2019-cu ilin əvvəli ilə müqayisədə ölkənin əmək bazarında bağlanan müqavilələrin sayı 290,4 min ədəd artıb.
Eləcə də bax: Əməkhaqqı fondu daha 16 faiz - ARTIB
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter“ hesabında yazıb.
Nazir bildirib ki, bu göstərici 2022-ci ilin 1 sentyabr tarixinə 1 milyon 692 mini ötüb.
“Qeyri-neft sektorunun özəl bölməsində isə bu göstərici 260,4 min ədəd artaraq 800,3 min təşkil edib”, - nazir əlavə edib. (Apa)